Hədəfdə strateji obyektlərdir: hücumu tələbələr edəcək – YENİ PLAN

Hədəfdə strateji obyektlərdir: hücumu tələbələr edəcək – YENİ PLAN
15:43 6 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

PKK-nın Türkiyəyə qarşı yeni hücum planlarının detalları ortaya çıxıb.

Publika.az
xəbər verir ki, terror törətmək üçün İzmirə gələn PKK üzvü Mehmet Demir polis tərəfindən həbs olunandan sonra hər şeyi etiraf edib.

O, Şimali İraqda təlim keçdiyini və Türkiyəyə qaçaq yolla gəldiyini deyib. Bildirib ki, hədəfi İzmirdə iqtisadi əhəmiyyətli obyektləri' AKP-nin binalarına və polis bölmələrinə hücum etmək olub.

M. Demir PKK-nın yeni hücum planının detallarını da açıqlayıb.

Belə ki, PKK yeni terror hücumları üçün polisdə cinayət dosyası olmayan şəxsləri seçib. Onlar saxta pasportlardan istifadə etmirlər və rahat şəkildə gəzə bilirlər. PKK bunun üçün adı heç bir cinayətə qarışmamış, universitet tələbələrindən istifadə edir. Həmçinin, terror aktı törədiləcək şəhərdə kamikadzenin qohumlarının olmasına xüsusi diqqət edir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR