"WhatsApp"da ƏLA YENİLİK

"WhatsApp"da ƏLA YENİLİK
15:47 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Məşhur mesajlaşma proqramı "WhatsApp" tədbiq etdiyi yenilik ilə istifadəçilərini sevindirəcək.

Milli.Az atv.az-a istinadən bildirir ki, istifadəçilər "WhatsApp"da şəkil göndərərəkən, onun üzərinə yazı yaza, yaxud da şəkil çəkə biləcəklər.

Bundan başqa, proqram videonu yaxınlaşdıra bilmək özəlliyini də istifadəçilərinin ixtiyarına verib. Videonun üzərinə eyni anda 2 dəfə toxunmaq lazımdır.

Qeyd edək ki, yeniliklər hazırda, sadəcə, "Android" sistemi istifadəçiləri üçündür. "iOS" platforması üçün versiya yaxın günlərdə istifadəyə veriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR