Bələdiyyə sədri və həyat yoldaşını öldürən şəxsə prokuror cəza istədi

Bələdiyyə sədri və həyat yoldaşını öldürən şəxsə prokuror cəza istədi
16:05 6 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini istəyib. 
 
Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V. Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.
 
Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR