"Siqan" ləqəbli azərbaycanlıya AĞIR CƏZA

"Siqan" ləqəbli azərbaycanlıya AĞIR CƏZA
16:27 6 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada onun barəsində çıxarılan məhkəmə hökmünün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə qərar verilib. Ona 20 il cəza təyin edilib.
 
Qeyd edək ki, E. Məmmədov Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, Azərbaycana təhvil verilib. Hazırda onun barəsində olan hökmün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə baxılır. 

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR