General: "Ermənistana qarşı Azərbaycan müvafiq tədbirlər görəcək"

General: "Ermənistana qarşı Azərbaycan müvafiq tədbirlər görəcək"
16:32 6 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfinin cəbhə xəttində yenidən törətdiyi qanlı təxribat rəsmi Yerevanın təcavüzkar mahiyyətini və siyasətini bir daha təsdiq edir.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O qeyd edib ki, bu hadisənin bir neçə səbəbi var: "Birincisi, Ermənistanda hazırda sabiq müdafiə naziri Seyran Ohanyanın vəzifəsindən kənarlaşdırılaraq onun yerinə səhra komandirləri arasında heç bir nüfuzu olmayan və sırf mülki şəxs kimi tanınan birinin təyin olunmasına etiraz edən silahlı qruplaşma mövcuddur.

İkincisi, istisna deyil ki, yeni müdafiə naziri Vigen Sarkisyan onun sələfi tərəfindən həyata keçirilən siyasəti davam etdirmək qərarına gəlib. Məhz bu səbəbdən də o, bu kimi addım atmağa üstünlük verib. Eyni zamanda, digər variant da mövcuddur. Bu da heç kimə tabe olmayan və yalnız yerli səhra komandirlərinin əmrlərini yerinə yetirən qüvvələrdir".
 
Y.Aydəmirov deyib ki, Ermənistan yenidən qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atır və bu, heç şübhəsiz, Azərbaycan Silahlı Qüvvələrinin müvafiq tədbirlər görməsinə gətirib çıxaracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR