Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO

Möcüzə sayəsində sağ qaldı, dünya şöhrətli ulduz oldu FOTO/VİDEO
16:33 6 Oktyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Zaman gözləmir, su kimi axıb gedir. Gözünü yumub-açırsan, aylar bir-birini əvəzləyir, fəsillər dəyişir, illər ötür... Bir də ayılırsan ki, 10 il ötüb və çox şey dəyişib. Görməyə alışdığın insanlar indi ortada yoxdur, hərəsi bir küncə çəkilib. Arada öz-özünə sual verirsən ki, onlar indi haradadır? “Onlar” sözünün içində kifayət qədər unudulmuş adlar yatır. Bizim hədəfimiz idmançılar olacaq.

İdmansevərlərin intizarında olduqları unudulmuş ulduzları bir daha gün üzünə çıxaracaq, onların hazırda nə işlə məşğul olduqlarını öyrənməyə çalışacağıq. İlk seçimim idmanın şahı sayılan futbol tarixində ən qəribə adlardan birini daşıyan, Avropada oynadığı dövrlərdə milyonların rəğbətini qazanan, karyerasının son illərini isə okeanın o tayında keçirən, bir sözlə çoxlarını “o indi haradadır” sualıyla üz-üzə qoyan Kaka Leytedir. Ancaq bundan sonrakı seçimlərdə oxucuların da rəyi nəzərə alınacaq. Bilirəm, zövqlər müxtəlifdir. Hər kəsin pərəstiş etdiyi xüsusi idmançılar var. Növbəti yazıda oxumaq istədiyiniz idmançının adını p_hikmet@mail.ru ünvanına yaza bilərsiniz.

Xəstə uşaq

1982-ci il aprelin 22-də Leyte ailəsində gələcəyin ulduz futbolçusu dünyaya gəldi. Rikardo İzekson Dos Santos Leyte uşaqlıqda sağlamlığında müəyyən problemlər yaşayıb. Sümük böyüməsində problemi olan Rikardo fiziki inkişaf baxımından həmyaşıdlarından iki il geri qalırdı. Ancaq gərgin məşqlər və xüsusi dieta sayəsində o, bu bəlanın öhdəsindən gəldi.

Anadangəlmə futbol istedadı olan braziliyalı qəhrəmanımız ilk mükafatını hələ məktəblərarası turnirdə alır. O, ən yaxşı oyunçu seçilir. Elə həmin ərəfədə - 12 yaşı olarkən Braziliyanın “San-Paulu” klubunun yeniyetmə komandasına cəlb olunur. Futbol dünyasına yeni istedadı məhz bu klub tanıdır. Özü də Kaka adıyla. Onun adının açıqlamasını da verim. Kaka onun ləqəbidir. Əsl adı Rikardodur. Onun ləqəbinin müəllifi kiçik qardaşı Diqao olub. Diqao böyük qardaşı Rikardonun adını tam təlləffüz edə bilmirdi və onu “Kaka” adlandırırdı. Bundan sonra valideynləri və qohumları da Rikardonu bu adla çagırmaga başladılar.

Möcüzəyə bərabər hadisə

2000-ci ildə baş verən hadisə indi də eşidənləri şoka salır. Kaka ailəsi ilə birlikdə istirahət etmək üçün Akvaparka gedir. Futbolçu ən böyük təpəcikdən suya sürüşmək istəyir. Lakin o, sürüşən zaman suya düşmək əvəzinə hovuzun divarına çırpılır. Həmin vaxt Rikardo özünü heç nə olmamış kimi aparır və ətrafdakılar bu hadisəni ciddiyə almır. Səhəri gün məşqə gələn Kaka dəhşətli agrı hiss edib huşunu itirir. Onu təcili xəstəxanaya aparırlar. Müayinədən sonra futbolçuya onurğa sümüyünün zədələnməsi və beyin əzilməsi diaqnozu qoyulur. Hamı şokdadır, nəfəslər tutulub. İstedadlı yeniyetmənin futbol meydançasına qayıtması və hətta ayaga qalxması möcüzə hesab olunurdu. Bu zaman kəsiyini futbolçunun həyatında ən qorxulu və vahiməli dövr hesab etmək olar. O, iki ay yataq xəstəsi oldu. Futbolçunun özünə inamı və Allaha olan sevgisi onun sagalmasında böyük rol oynadı. Kaka iflic vəziyyətində qalmamağı üçün hər gün Allaha dua edirdi. Bir müddət sonra hər şey qaydasına düşdü və Kaka sağaldı. Həkimlər bu hadisəni möcüzə adlandırdı. Bu günə qədər hər dəfə qol vuranda Kaka əllərini səmaya tərəf qaldırıb, onu futbolda saxladıgı üçün Allaha təşəkkür edir. Yəqin pərəstişkarları o dəqiqə həmin anları gözləri önündə canlandırdı...

Dindar Kaka

Rikardo Kaka dindar ailədə böyüyüb. Qəlbən Tanrıya baglı olan futbolçunun “Jesus” yazısı olan bir neçə bilərziyi var. Kakanın xahişilə “Adidas” firması futbolçu üçün xüsusi buts hazırlamışdı. Butsun üzərində Kakanın adı ilə yanaşı “Allah bagışlayandır” sözləri yazılıb. Həyatının çətin anlarında Kaka özünə həmişə bu sualı verir: “İsa Peygəmbər mənim yerimə olsaydı, nə edərdi?”

2001-ci ildəki “partlayış”

Gənc Kakanın futbol səhnəsinə qayıdışı 2001-ci ilin martına təsadüf etdi. “San-Paulu” və “Rio” komandaları finalda üz-üzə gəlirdi. Kaka matçın son dəqiqələrində meydana çıxanda komandası hesabda geri idi. Və elə bir şey baş verdi ki... Braziliyalı istedad 2 qol vuraraq komandasına qələbə qazandırdı. Bir anda bütün Braziliya Kakadan danışmağa başladı. Ünvanına saysız-hesabsız məktublar gəldi. Mətbuat addım-addım onu izlədi. Bir sözlə, ulduz xəstəliyinin inkişaf etməsi üçün münbit şərait yaradıldı. Ancaq Kaka soyuqqanlılığını itirmədi və necə ciddi, işinə məsuliyyətli idisə, elə də davam etdi. Həmin il Braziliya gənclər millisinin kapitanı olan futbolçu ölkənin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görüldü. Əlbəttə, bütün bunlar əsas millinin baş məşqçisinin diqqətindən qaça bilməzdi. Luis Felipe Skolari onu 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundiala apardı və Kaka 20 yaşında dünya çempionu oldu.

Sıraya düzülən elçilər

Bu dünya çempionatından sonra artıq bütün dünya ondan danışmağa başladı. İstedadlı futbolçular üçün pusquda duran Avropanın nəhəng klubları dərhal irəli atıldı. Yekunda “ləl-cəvahir” uğrunda mübarizəni “Milan” qazandı. Baxmayaraq ki, italyanların transferə ödədiyi məbləğ “Mançester Yunayted”in təklif etdiyi puldan iki dəfə az idi. Ancaq təəccüblənməyə əsas yoxdur. Kaka özü vaxtilə demişdi ki, “San-Paulu”dan ayrılsam, uşaqlıq arzum olan “Milan”a gedəcəm.

Həyatının ən xoşbəxt anı

Çoxları braziliyalı gənc futbolçunun yeni klubuna çətinliklə uyğunlaşacağını düşünürdü. Çox keçmədi ki, belə düşünənlər yanıldığını anladı. O, sərgilədiyi futbolla qısa zamanda “Milan”ın liderinə çevrildi. Hər şey qaydasında gedirdi. Karyerasındakı uğurların davamı olaraq, 2005-ci ildə Kakanın şəxsi həyatında da əlamətdar hadisə baş verdi. O, professor ailəsində doğulan 20 yaşlı Karolina Selisoyla ailə qurdu. Onların şad gününə 600 qonaq dəvət olunmuşdu. Həmin günü braziliyalı futbolçu həyatının ən xoşbəxt anı hesab edir. Ancaq iki övladı olan cütlük 2015-ci ildə boşandı.

Bir qalmaqalın təsiri və “Qızıl top”

Əlbəttə, insan həyatı başdan-ayağa xoşbəxtliklərlə dolu olmur. Elə Kaka da kələkötür yollardan keçib. Elə 2006-cı ildə İtaliya futbolunda baş verən “Kalçopoli” qalmaqalını xatırlamaq kifayət edər. Xoşbəxtlikdən “Milan” “Yuventus” kimi ağır cəzaya məruz qalmadı. Vəziyyətin düzəldiyini düşünmək olardı. Ancaq bu məqamda Kakanın ən yaxın dostlarından sayılan komanda yoldaşı Andrey Şevçenko “Çelsi”yə transfer olunur. Bu boşluğu “Milan”da heç kim doldura bilmir. Tezliklə Kakanın da oyununda eniş müşahidə olunmağa başlayır. Yalnız 2007-ci ildə Çempionlar Liqasında “Liverpul” üzərində qazanılan uğur diqqət çəkir. Elə həmin il Kaka “Qızıl top”a layiq görülür. Məhz bundan sonra adıçəkilən qənimət uğrunda Ronaldo-Messi hegemonluğu başlayır.

Yenə də futbolçuları “yoldan çıxaran” “Real”...

2008-ci ildə “Mançester Yunayted” superulduzu ələ keçirmək üçün ikinci dəfə cəhd etdi. Bu dəfə 100 milyon funt sterlinqlik təklif havada qaldı. Bundan sonra hər kəs Kakanın karyerasını “Milan”da başa vuracağını düşünürdü. Ancaq sən saydığını say, gör “Real” nə sayır. Madrid klubu növbəti dəfə həyatda hər şeyin qiyməti olduğunu sübut etdi və 2009-cu ilin iyununda dünya mətbuatı Kakanın “Real”a transferi xəbərini tirajlamağa başladı. “Santyaqo Bernabeu” 4 il bu dindar oğlanın oyunundan həzz aldı. Ancaq ədalət naminə deyək ki, o, Madriddə Milanda olduğu kimi lider statusu qazana bilmədi. 6 illik bağlanan müaqviləyə 4 ildən sonra xitam verilməsi də belə düşünməyə əsas verir. Əlbəttə, zədələrin də bunda müəyyən rolu oldu. Bir sözlə, “Real”dan sonra Kaka yenə “Milan”a qayıtdı. Ancaq “qatar artıq getmişdi”. Nə Kaka əvvəlki Kakaydı, nə də “Milan” əvvəlki “Milan”. Bunu özü də başa düşən “Qızıl oğlan” Avropanı tərk etməyə qərar verdi.

Səssiz gediş, azarkeşlər və mətbuatın narazılığı

İkinci “Milan” dönəmində cəmi 1 mövsüm oynadıqdan sonra Kaka doğma Braziliyaya, “San Paulu”ya qayıdır. Deyilənə görə, bu qayıdışda onun həyat yoldaşının istəyi də rol oynayıb. Ancaq əsas səbəb başqadır. Belə ki, komandaya yeni baş məşqçi təyin olunan Filippo İnzaqi gələcək “Milan”ı Kakasız qurmağı düşünürdü. Ona görə də braziliyalı həyat yoldaşının da istəyinə uyğun olaraq, vətənə dönməyə qərar verdi.

Əslində «Milan» azarkeşləri onun gedişini istəmirdi. Bununla bağlı etirazlar klubun vitse-prezidenti Qallianiyə də çatdırılmışdı. Eləcə də italyan jurnalistlər də Kakanın komandadan ayrılmasını tənqid edirdilər. Çünki həqiqətən də Kaka kimi təcrübəli futbolçunun “Milan”da qalması lazım idi. Komandanın onun təcrübəsinə çox böyük ehtiyacı var idi. Ancaq baş məşqçinin qərarına qarşı çıxmaq olmazdı. Üstəlik, klubun prezidenti Silvio Berluskoni, eləcə də vitse-prezident Qalliani baş məşqçiyə bütün qərarlarında dəstək olacaqlarını söz vermişdilər.

Yaddaşlara həkk olunan «22»

Bundan sonra “Milan”da 22 nömrəli formanı kimin geyinməsi önəmli deyil. Ola bilsin, bəlkə də heç kim bundan sonra bu formanı geyinməsin. Ancaq istənilən halda, Kaka məhz 22 nömrəli forma altında “Milan” azarkeşlərinin yaddaşında əbədi olaraq qalacaq.

Kaka isə “San-Paulu”da çox qalmadı. Daha doğrusu, ora formasını qorumağa getmişdi. Çünki “Milan”la müqavilə pozulandan sonra o, “Orlando Siti”ylə anlaşmışdı. Buna təkan verən səbəb isə MLS klubunun prezidenti Flavio Auqusto Da Silva ilə dost olması idi.

Son akkordlar

Avropa futbolun güzgüsü olduğu üçün kimin necə oynadığı haqqında daha çox məlumat əldə etmək olur. Ancaq okeanın o tayında baş verənlərə mətbuatda az yer verilir. Hələ ki, yeni komandasında ciddi uğur əldə etməsə də, Kaka iki mövsüm ərzində 50-yə yaxın oyun keçirib. 20-yə yaxın da qol vurub. 10 il əvvəl biz necə onun oyunundan, topla sürətli keçidlərindən, ecazkar qollarından həzz alırdıqsa, indi bu həzzi amerikalılar yaşayır. Hərdən adamın paxıllığı tutur...

DOSYE

Ad: Rikardo Izecson dos Santos Leite

Ləqəbi: Kaka, Qızıl oğlan, Rikki, Dindar

Doğum tarixi: 22.04.1982

Doğum yeri: Braziliya

Boyu: 186 sm

Çəkisi: 82 kq

Ampluası: hücumameylli yarımmüdafiəçi

Klub karyerası

2001-2003 San-Paulu 59 oyun, 23 qol

2003-2009 Milan 193, 70

2009-2013 Real 85, 23

2013-2014 Milan 30, 7

2014 San-Paulu (icarə) 19, 2

2014... Orlando Siti 45, 17

Milli karyerası

2001 Braziliya U-20 5 oyun, 1 qol

2002... Brazil 92, 29

Ən böyük uğurları

İtaliya çempionu: 2003/04

İtaliya Superkuboku: 2004

Çempionlar Liqası: 2006/07

UEFA Superkuboku: 2007

Klublararası dünya çempionatı: 2007

İspaniya çempionu: 2011/12

İspaniya kuboku: 2010/11

İspaniya Superkuboku: 2012

Dünya çempionu: 2002

Konfederasiyalar kuboku: 2005, 2009

Qızıl top: 2007













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçrədə dağ havasını satırlar

24 Sentyabr 2017 16:28

ABŞ-ın buna haqqı yoxdur - Ərdoğan qəzəbləndi

24 Sentyabr 2017 16:18

İlham Əliyev: "Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır"

24 Sentyabr 2017 16:17

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29

Terrorda günahlandırılan 42 nəfər edam edilib

24 Sentyabr 2017 15:29

ŞOK OLAY: Müdir xanım işçilərinə elə şey təklif etdi ki... - VİDEO

24 Sentyabr 2017 15:28

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapılıb

24 Sentyabr 2017 15:27

Yerkökünün möcüzəvi faydaları

24 Sentyabr 2017 15:19

Bakı-Qazax yolunda vurulan piyada xəstəxanada öldü

24 Sentyabr 2017 15:14

Qadın özünün sürdüyü avtomobilin altında qaldı... - VİDEO

24 Sentyabr 2017 15:13

Zurab Alavidze: “Barjomi rayonu ərazisindəki yanğın praktiki olaraq lokallaşdırılıb”

24 Sentyabr 2017 15:12

Azərbaycan Prezidenti Salyanda Bayraq Muzeyinin açılışında iştirak edib

24 Sentyabr 2017 15:08

"Qəbələ" "Neftçi"yə qarşı - YENİLƏNİR

24 Sentyabr 2017 15:07

Azərbaycan futbolunda rekord: bütün biletlər satıldı - MÜRACİƏT

24 Sentyabr 2017 15:07

Şabranda 5000 illik TAPINTI

24 Sentyabr 2017 15:03

Ona təcavüz edənləri bir-bir çəkib görüntülərini paylaşdı

24 Sentyabr 2017 15:02

Kosmosa liftlə qalxa biləcəyik

24 Sentyabr 2017 14:48

Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib

24 Sentyabr 2017 14:48

Elmə məlum olmayan inək cinsi tapıldı

24 Sentyabr 2017 14:38

Gürcüstanın hakim partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb

24 Sentyabr 2017 14:37

Azərbaycanda qəribə toy: boşandığı əri ilə yenidən evləndi

24 Sentyabr 2017 14:33

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışı olub

24 Sentyabr 2017 14:27

56 yaşlı baş məşqçi 29 yaşlı qızla evləndi - FOTO

24 Sentyabr 2017 14:27

22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

24 Sentyabr 2017 14:24

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

24 Sentyabr 2017 14:23

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56

Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub

24 Sentyabr 2017 13:47

Almaniya seçkilərində Qomisə səs verdilər - FOTO

24 Sentyabr 2017 13:47

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 13:43

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub

24 Sentyabr 2017 13:37

"Topaz"da bu gün

24 Sentyabr 2017 13:37