Musa Yaqubun səhhəti pisləşdi

Musa Yaqubun səhhəti pisləşdi
16:37 6 Oktyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhhətimlə bağlı hazırda Bilgəhdə sanatoriyada müalicə alıram. Ürəyimdə müəyyən problemlər var. Elə ürəklə bağlı ixtisaslaşmış sanatoriyadayam.

Milli.Az bildirir ki, bunu teleqraf.com-a şair Musa Yaqub deyib. 

Şair bildirib ki, bundan əvvəl Türkiyədə əməliyyat olunub: "Böyrəyimdə daşlar var idi. Onları çıxardılar. İndi yaxşıyam".

Musa Yaqub deyib ki, Türkiyədəki əməliyyatdan sonra onda əsmə meydana gəlibmiş: "Türkiyədə Əli bəy adında güclü həkim var. Əsasən, beyin üzrə mütəxəssisdir. Onunla tanış oldum. "Medera" Klinikasında hər dəfə mənə baxır, lazım olanda müalicə yazır. Nə qədər edirəm zəhmət haqqı almır. Deyir biz sənətçidən pul almarıq. 3-4 ildir vəziyyət belədir".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR