UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib

UEFA azərbaycanlı FİFA referisinə yeni təyinat verib
16:57 6 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Futzal üzrə FIFA referisi Elçin Səmədli beynəlxalq təyinat alıb. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Səmədli futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Qrupda Belarusun "Lidselmaş", Yunanıstanın "Afina-90", Serbiyanın "Ekonomak" və Xorvatiyanın "Nasional" komandası mübarizə aparacaq. Oyunlar 12 - 15 oktyabrda Serbiyada keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR