Gəncədə 2 saylı peşə liseyinin əsaslı təmirdən sonra açılışı olub

Gəncədə 2 saylı peşə liseyinin əsaslı təmirdən sonra açılışı olub
16:57 6 Oktyabr 2016
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Gəncə şəhər 2 saylı peşə liseyinin əsaslı təmirdən sonra açılışı olub. "Report"un məlumatına görə, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və sagirdlər iştirak ediblər.
Tədbirdə E.Vəliyev çıxış edərək, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğısından danışıb.
O qeyd edib ki, əsaslı təmir nəticəsində liseynin binası müasir və günün tələblərinə cavab verən səviyyəyə gətirilib. Liseyin müasir standartlara uyğun təhciz edildiyini bildirən icra başçısı məktəb kollektivini təbrik edərək, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev təhsil sahəsində aparılan islahatlardan danışıb. Famil Mustafayev gənclərin peşə liseylərinə maraqlarının artırılmasını, tədrisin keyfiyyətini yüksəldilməsini, peşə liseyinin məzunları ilə işə götürənlər arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.
2 saylı peşə liseyinin müdiri Şahin Məhərrəmov Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.
O qeyd edib ki, liseydə “Telekommunikasiyada Komputer texnikasının istismarı üzrə operator”, “Kimyəvi analiz laborantı”, “Mexaniki yığma işləri üzrə çilingər”, “Elektrik maşınlarının təmiri üzrə elektirik çilingəri”, “Geniş profilli dəzgahçı”, “Elektrik-qaz qaynaqçısı”, “Təmirçi-çilingər”, “Avtomıbil üzrə elektrik” və bu ildən tədris olunan “Quru inşaat və suvaq işləri ustası” peşələri üzrə kadrlar hazırlanır.
Ş.Məhərrəmov əlavə edib ki, tədris müəssisəsi 3 korpusdan, 17 sinif otağından, 5 emalatxanadan, 2 laboratoriyadan ibarətdir: "Bu peşələr üzrə 373 şagirdə 17 istehsalat təlimi ustası, 20 nəfər pedaqoji və yardımçı heyət xidmət edir".
Sonda icra başçısı E.Vəliyev peşə liseyinin tikilməsində əməyi olan iş icraçılarına “Fəxri Fərman” və hədiyyələr təqdim edib.
Məlumat üçün bildirək ki, 2 saylı peşə liseyinin binası 1977-ci ildə istifadəyə verilib və ötən illər ərzində əsaslı təmir edilməyib.





Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/2-sayli-pese-liseyinin-esasli-temirden-sonra-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR