Nizami Kino Mərkəzində "Miss Pereqrinin qəribə uşaqlar evi" filmi

Nizami Kino Mərkəzində "Miss Pereqrinin qəribə uşaqlar evi" filmi
17:05 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində Belçika, Böyük Britaniya və ABŞ-ın birgə istehsalı olan "Miss Pereqrinin qəribə uşaqlar evi" filminin nümayişinə başlanıb.

Ceyn Qoldmanın ssenarisi əsasında rejissor Tim Bertonun çəkdiyi bu film, fentezi və macəra janrındadır. Yaş həddi:12+

Ceykobun uşaqlığı babasının, qeyri-adi sakinləri olan uşaq evindən danışdığı xatirələri dinləməklə keçib. Sakinlər arasında əlində alov saxlayan və ayaqları yerə dəyməyən qızlar, bir-birilərini danışmadan başa düşən görünməyən oğlan və əkizlər var idi. Babasının ölümündən sonra müəmmalı məktub alan 16 yaşlı Ceykob onun böyüyüb boya-başa çatdığı adaya yollanır. O adada əvvəllər ancaq şəkillərdə gördüyü uşaqları tapır...

Filmdəki rollara Eva Qrin, Eysa Batterfild, Semuel L. Cekson, Cudi Denç, Rupert Everett, Ellison Cenni, Kris O.Daud, Terens Stemp, Ella Pernell və Finley MakkMillan çəkiliblər.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən də öyrənmək mümkündür.

(https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/476785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR