Yunan-Roma güləşində qaydalar dəyişdi

Yunan-Roma güləşində qaydalar dəyişdi
17:13 6 Oktyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

Yunan-Roma güləşi üzrə bütün yaş qrupları üzrə yarışlarda parter qaydası ləğv edilib.

Publika.az xəbər verir ki, Dünya Güləş Birliyi yeniyetmə və gənclər arasında yarışlarda ləğv olunmuş qaydanı böyüklərə də şamil edib.

Artıq passiv güləşməyə görə parter tətbiqi qaydası ləğv edilib. Əvəzində həmin güləşçiyə ilk dəfə şifahi xəbərdarlıq ediləcək və bu, protokolda əksini tapacaq. Eyni güləşçi yenə də passivlik nümayiş etdirsə, ona rəsmi xəbərdarlıq ediləcək. Güləşçiyə üçüncü dəfə passivliyə görə xəbərdarlıq edilsə, ikinci rəsmi xəbərdarlıq alacaq və rəqibin hesabına 1 xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər ikinci xəbərdarlıq rəqibə 1 texniki xalın verilməsi ilə nəticələnəcək.

Passivliyə görə edilən xəbərdarlıq səbəbindən və rəqibə xal verildiyi üçün görüş dayandırılmayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR