İstanbulda Polis Mərkəzi qarşısında partlayış - xeyli sayda yaralı var

İstanbulda Polis Mərkəzi qarşısında partlayış - xeyli sayda yaralı var
17:24 6 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda partlayış törədilib.

 

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulun Şirinevler rayonunda 75-ci İl Polis Mərkəzi yaxınlığında içərisində bomba olan avtomobil partladılıb.

 

Partlayışda çoxlu sayda insan yaralanıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşələri sınıb.

 

Hadisə yerinə polislər, xilasedicilər və təcili tibbi yardım heyətləri cəlb olunub.

 

İHA partlayışdan sonra hadisə yerində atəş səslərinin eşidildiyi barədə xəbər yayıb.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR