İlham Əliyev ailəsi ilə parkda - fotolar

İlham Əliyev ailəsi ilə parkda -  fotolar
17:26 6 Oktyabr 2016
306 Şou
Ölkə mətbuatı
A- A+

Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.

Axşam.az xəbər verir ki, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər və rəmzi açılışı bildirən lenti kəsiblər.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlət başçısına məlumat verib. Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunub.

İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.

Daha sonra Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olublar.














Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR