"Çelsi"dən Bonuççi üçün 50 milyon

"Çelsi"dən Bonuççi üçün 50 milyon
17:37 6 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Leonardo Bonuççini heyətinə qatmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, London təmsilçisi Turin klubuna keçid üçün 50 milyon avro ödəməyə hazırdır.


Tranfser baş tutacağı təqdirdə, İtaliya yığmasının 29 yaşlı futbolçusu dünyanın ən bahalı müdafiəçisi adına sahib çıxacaq. Hələlik bu adı 38 milyon avroya Fransanın PSJ klubundan "zadəganlar"a keçən müdafiəçi David Luis özündə saxlayır.


Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində ölkəsinin "İnter", "Bari" "Trevizo" klublarında çıxış edib. O, İtaliya yığmasının üzvüdür.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR