Pan Gi Mun Antoniu Qutyerreşin BMT baş katibi vəzifəsinə namizədliyini alqışlayıb

Pan Gi Mun Antoniu Qutyerreşin BMT baş katibi vəzifəsinə namizədliyini alqışlayıb
17:47 6 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ BMT Baş katibi vəzifəsindən ayrılmaqda olan Pan Gi Mun Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreşin təşkilatın yeni rəhbəri olmağa namizədliyini əla seçim kimi qiymətləndirib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Pan Gi Mun bu gün Romada İtaliya Prezidenti Serco Mattarella ilə görüşdən sonra bildirib: "Qutyerreşi təbrik edirəm. Onu yaxşı tanıyıram və namizədliyinin əla seçim olduğunu düşünürəm."
Xatırladaq ki, ilkin səsvermənin altıncı mərhələsində BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü 2005-ci ildən 2015-ci ilə qədər BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı olan Antoniu Qutyerreşin namizədliyini dəstəkləyiblər, iki nəfər neytral mövqe nümayiş etdirib. Bu məsələ ilə bağlı rəsmi səsvermə oktyabrın 6-da Nyu-Yorkda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pan-gi-mun-antoniu-qutyerresin-bmt-bas-katibi-vezifesine-namizedliyini-alqislayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR