Abşeron, Siyəzən və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Abşeron, Siyəzən və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq
17:52 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-də saat 10:00-dan 18:00-dək Siyəzən rayonun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu'', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri ilə əlaqədardır.
Aparılan işlərin Bakı şəhəri Xətai rayonun və Göyçay şəhərinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/abseron-siyezen-ve-agdas-magistral-qaz-kemerleri-sahelerinde-cari-temir-isleri-aparilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR