Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində problem yaranıb

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində problem yaranıb
18:47 6 Oktyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkətində problem yaranıb. 
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da Bakı-sərnişin stansiyasından hərəkət etməli olan qatar yola düşə bilmir.
Stansiyanın məsul şəxsləri buna səbəb kimi elektrik xətlərində yaranmış nasazlığı göstərirlər.
Nəticədə sərnişinlərin əksəriyyəti həmin vaxta aldıqları biletləri nə qaytara, nə də yola düşə bilirlər. Bu səbəbdən sərnişinlərlə stansiya nəzarətçiləri arasında mübahisə yaranıb. Nəzarətçilər biletlər üçün ödənilmiş pulu qaytarmağa səlahiyyətlərinin olmadığını bildirirlər. 
Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarlarda birtərəfli biletin qiyməti ekonom-klass üçün 80 qəpik, biznes-klass üçün 1.60 qəpikdir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR