Kəndə hücum edən ayını "tok" vurub öldürdü - GÖRÜNTÜLƏR

Kəndə hücum edən ayını "tok" vurub öldürdü - GÖRÜNTÜLƏR
18:54 6 Oktyabr 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

Oğuzun Xaçmaz kəndinə hücum edən ayı özü qurban olub.

Lent.az-ın Region TV-ə istinadən məlumatına görə, növbəti belə hadisə Oğuzun Xaçmaz kəndində yaşanıb. Amma bu dəfə ayı özü qurban olub. Belə ki, axşam saatlarında Əlibala Nəbiyev öz bağına gedərkən yaxınlıqdakı transformatorda ayının ilişib qaldığını görüb. Yaxınlaşdığı zaman ayının elektrik cərəyanı vurması nəticəsində öldüyünü görüb. Kənd sakinləri ayını yaxınlıqdakı meşə ərazisinə atıb.


Ayının çəkisinin 30-35 kq olduğu bildirilir. Sakinlər hadisədən təşvişə düşüblər. Onların bildirdiyinə görə axşam saatlarında ayı nəriltisini eşitmək artıq adi hal alıb.

Qeyd edək ki, ayının günün günorta çağı kəndə yaxınlaşması və transformatorun 50 metr yaxınlığında ev və məktəbin yerləşməsi bu təşvişi daha da artırıb.

Xatırladaq ki, bir neçə gün öncə də Şəkinin Baş Şabalıd kənd sakini ayının hücumuna məruz qalmışdı.  

 

 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR