Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-BƏƏ biznes forumu keçiriləcək
19:02 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumu keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, əczaçılıq, qablaşdırma, logistika, turizm, ətir istehsalı, təhlükəsizlik, yanğından mühafizə sistemləri, uniforma istehsalı və s. sahələrdə fəaliyyət göstərən BƏƏ şirkətlərinin iştirakı gözlənilir.
Forumda iştirak etməkdə maraqlı olan Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar “Azpromo”ya (əlaqəli şəxs: Anar Nuriyev, tel.: (+99412) 598 01 47/48 (daxili 123), e-mail: anuriyev@azpromo.az) müraciət edə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR