Qlobal savaşın Qarabağ SSENARİSİ, “Müharibə partiyası”nın... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qlobal savaşın Qarabağ SSENARİSİ, “Müharibə partiyası”nın... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:08 6 Oktyabr 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

İstanbulda, həmçinin Suriyada Azad Suriya Ordusunun (Türkiyə tərəfindən dəstəklənir – red.) nəzarət etdiyi ərazidə terror aktları törədildi. Terror aktları Suriyanın şimalında aktivləşən və İraqda Mosul əməliyyatına qatılmaq istəyən Ankaraya siqnal kimi qiymətləndirilir. Türkiyə və İraq arasında gərginlik artır. Vaşinqtonda “müharibə partiyası” aktivləşib.

Qlobal savaşın konturları və “Böyük Qafqaz” planında "Qarabağ müharibəsi"

Dünya yeni müharibə mərhələsinə qədəm qoyur. Hansı ki, zamanında Karl Klauzevis (XIX əsrdə yaşamış hərbi yazar) fəlsəfəsinə əsaslanan strategiyanın yerini bir az yenilənmiş forma tutur.

Əvvəlki strategiyada qloballaşma, dövlət sərhədlərinin silinməsi və milli maraqların ləğv olunması üçün koalisiyalar və dövlətlərin müharibəsi prisipi əsas götürülmüşdü. İndi isə ölçü bir az kiçilir və bu, regional müstəviyə keçir. Lakin sonuncu hədəf yenə əvvəlki olaraq qalır.

Dünyaya bütövlükdə hökm etmək istəyən Qərb yarımkürəsi regional müharibə müstəviləri yaradır.

Publika.az Rusiyanın “Hərbi kuryer” (Voenno promışlennıy kuryer) nəşrinə istinadən bu regionları və strateji planları təqdim edir.

Qlobal savaşın konturları və “Böyük Qafqaz” planında "Qarabağ müharibəsi"

Dünya yeni müharibə mərhələsinə qədəm qoyur. Hansı ki, zamanında Karl Klauzevis (XIX əsrdə yaşamış hərbi yazar) fəlsəfəsinə əsaslanan strategiyanın yerini bir az yenilənmiş forma tutur.

İstanbulda partlayış törədilib

İstanbulda Şirinevler rayonunda 75-ci Polis Mərkəzi yaxınlığında minalanmış motosikletlə partlayış törədilib.

Hadisə nəticəsində biri ağır olmaqla 10 nəfər yaralanıb. Terrorçunun tutulması üçün əməliyyat başlanıb.

Daha bir terror aktı Suriya-Türkiyə sərhədində yerləşən Atme çadır şəhərçiyində törədilib.

Kamikadze tərəfindən törədilən partlayışda 35 nəfər ölüb, 40-dən çoxu yaralanıb. Yaralıların bir hissəsi Türkiyəyə gətirilib. Əsas hədəfin Azad Suriya Ordusu olduğu deyilir.

"Xəzərdəki silahlarımızdan..." - Rusiyadan ŞOK ETİRAF

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriyadakı əməliyyatların bir ilinin tamamlanması ilə bağlı hesabat verib. Nazirin açıqlaması “Rusiya niyə Suriyadadır?” sualına müəyyən qədər aydınlıq gətirir. Moskva Suriyaya yeni silahların sınaqdan keçirildiyi poliqon kimi baxır.

Şoyqunun sözlərinə görə, uzun məsafəli yüksək dəqiqlikli silahlar və hərbi texnika Rusiya Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatlarında öz effektivliyini göstərdi. O, Şoyqu deyib ki, Rusiya ordusu vəziyyəti sabitləşdirməyi və Suriya ərazisinin əhəmiyyətli hissəsini döyüşçülərdən azad etməyi bacarıb.

“Xəzər və Araılq dənizlərinin akvatoriyalarındakı suüstü və sualtı gəmilərdən uzun məsafəli yüksək dəqiqlikli silahlarla zərbələr endirilib. Real döyüş vəziyyətində strateji aviasiya təyyarələri ilk dəfə 4,5 min kilometr uçuş məsafəsi olan X-101 yeni raketləri tətbiq etdi. Silahların müasir yerli nümunələri mürəkkəb səhra şərtlərində yoxlamadan keçdi və bütovlükdə öz etibarlılığını və effektivliyi göstərdi”, - nazir bildirib.

Şoyqu qeyd edib ki, yeni silah və hərbi texnika nümunələrin hazırlaması və onların istismarında Suriya təcrübəsinin nəzərə alınması çox əhəmiyyətlidir.

ABŞ və Rusiya arasında Suriya üzrə sülh danışıqlarının iflasa uğraması Vaşinqtonda “müharibə partiyası”nını aktivləşdirib. Müharibələrə daha meylli olan Respublikaçılar Partiyasından olan senator Con Makkeynin təklifi buna nümunədir.

Amerikalı senator hesab edir ki, ABŞ-ın rəhbərliyi altında yaradılan beynəlxalq koalisiya Suriya və Rusiya Hərbi Hava Qüvvələrini Suriya ərazisində uçuşlarını dayandırmağa məcbur etməlidir.

O, bildirib ki, Suriya böhranına yeni yanaşma Rusiya təyyarələrinin ölkə üzərində uçuşlarının dayandırılmasından sonra başlamalıdır: “ABŞ və onun tərəfdaşları Əsədə ultimatum verməlidirlər ki, əgər uçuşlar dayandırılmasa, təyyarələri məhv ediləcək. Biz Rusiyaya anlatmalıyıq ki, onların təyyarələrinə təhlükə yaradacaq bütün tədbirləri görə bilərik. Vaşinqtonun Suriya ilə bağlı yeni strategiya hazırlamağının vaxtı çatıb”.

Vaşinqtonda həmçinin Rusiya və Çinə qarşı müharibəyə hazırlıq planı müzakirə edilib.

Amerikalı generallar tərəfindən ABŞ Ordusu Assosasiyasının Vaşinqtonda keçirilən illik konfransında səslənən fikirlərə görə, Rusiya və Çinə qarşı müharibə dəhşətli olacaq və çoxlu qurbanlarla nəticələnəcək.

ABŞ ordusunun qərargah rəisi Mark Miller bildirib ki, gələcəkdə genişmiqyaslı müharibə praktiki olaraq qaçılmazdır. General-mayor Uilyam Xiks isə qeyd edib ki, adi silahlanmalar yaxın gələcəkdə nəhəng qurbanlara gətirib çıxaracaq: “Biz bunun qarşısını dayandıra bilməyəcəyik”.

Onun sözlərinə görə, kütləvi avtomatlaşdırma və süni intellektin inkişafı döyüş hərəkətlərini artırır.

“Çin və Rusiyanın hərbi sahədəki uğurları və yeni texnologiyalar yaratması Ağ Evi genişmiqyaslı müharibəyə hazırlaşmağa məcbur etdi”.

ABŞ ordusunun qərargah rəisinin müavini Cozef Anderson onun fikirləri ilə razılaşıb. Bildirib ki, Rusiya və Çinin sürətli inkişafı ABŞ-ın hökmranlığını itirməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, iki ay öncə Pentaqonun 2025-ci ildə başlaması ehtimal olunan ABŞ-Çin müharibəsində hazırlaşdığı haqda məlumatlar yayılmışdı. Ekspertlər bunun III Dünya müharibəsi olacağını proqnozlaşdırır.

ABŞ-Çin müharibəsinə doğru: Pentaqonun məxfi SAVAŞ PLANI

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Rusiya və ABŞ Suriyada qarşı-qarşıya gəlmə ehtimalına toxunub. Onun sözlərinə görə, tərəflər bundan qaçmaq üçün öncədən bir anlaşma imzalayıb.

Moskva eyni zamanda Suriya ilə bağlı “B Planı” hazırlayıb. Bu barədə informasiyanı “İzvestiya” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Qəzet bu planın tərkibində Rusiyanın Suriya və ondan kənardakı ərazilərdə atacağı hərbi siyasi addımların yer aldığını bildirib. Plana əsasən, əgər ABŞ Suriya ilə bağlı danışıqlardan çıxsa, Moskva Əsədə necə dəstək göstərəcəyini müəyyən edib.

Türkiyəyə qarşı “Üçlər İttifaqı” – MÜHARİBƏ QAPIDA

Türkiyə əsgərlərinin Şimali İraqda varlığı ilə bağlı məsələ böyüyür. Ankaranın “Fərat Qalxanı” əməliyyatı ilə ABŞ-ın Suriyadakı oyunu pozması Vaşinqtonu İraqda aktivləşdirib.

“Yeni Şafak” nəşrinin yazdığına görə, ABŞ, İran və İraq Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq üçün hər yola əl atır.

Türkiyəyə qarşı “Üçlər İttifaqı” – MÜHARİBƏ QAPIDA

Ankaranın “Fərat Qalxanı” əməliyyatı ilə ABŞ-ın Suriyadakı oyunu pozması Vaşinqtonu İraqda aktivləşdirib.

Türk əsgərinin İraqdan çıxarılmasını tələb edən Bağdada rəsmi Ankaradan qəti cavab verilib.

“İraq hökuməti nə söyləyirsə-söyləsin, türk varlığı orada qalmağa davam edəcək. Artıq-əskik danışmaq İraqın həddi deyil. Mosul əməliyyatının yaxınlaşdığı bu günlərdə İraq hökumətindən aydın olmayan bir reaksiya görürük. İraqda 63 ölkədən, Yeni Zellandiyadan belə hərbi ünsürlər var. 30-35 ildir ölkəmizin başını ağrıdan PKK terror təşkilatının sığındığı İraqda bu günə qədər heç bir tədbir görülməyib. Terrorla mübarizə adı altında 63 ölkədən burada hərbi ünsürlərin olmasını bir kənara buraxaraq, Türkiyənin buradakı varlığına ilişmək boş məşğuliyyətdir”, - Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

İraqın şimalındakı kürd muxtariyyəti hökumətinin sözçüsü Sefin Dizayi isə bildirib ki, Başika və Duberdan bölgələrində Türkiyənin hərbi düşərgəsi İraq hökuməti və Müdafiə Nazirliyinin razılığı ilə qurulub.

Onun sözlərinə görə, türk hərbçiləri terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün Mosul polisi və könüllü qüvvələrə təlimat verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də İrəvana səfər edəcək. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Lavrovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcəyini söyləyib.

Mariya Zaxarovanın sözlərinə görə, KTMT-nın İrəvan toplantısında Qarabağ münaqişəsi müzakirə oluna bilər. O, toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair ayrıca görüşün keçirilməyəcəyini, münaqişənin nizamlanması yollarının toplantı çərçivəsində müzakirəsinin mümkün olduğunu söyləyib.

Ermənistan KİV-i isə Türkiyəyə məxsus üç hərbi təyyarənin ötən Ermənistanın hava məkanına daxil olduğunu yazıb. Məlumata görə, qırıcılar Ermənistan – Türkiyə sərhədi boyu bir neçə uçuş həyata keçirib.

Hadisə ötən gün yerli vaxtla saat 21:00-da baş verib. Bu olay İrəvanda panikaya səbəb olub. Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ermənistan Müdafiə Nazirliyi hələlik baş vermiş insidenti şərh etmir. Türkiyə tərəfi də bununla bağlı açıqlama verməyib.

Avropaya qarşı terror planları

“Cəbhət Fəth əş-Şam" (keçmiş “Ən-Nüsrə” Cəbhəsi – “Əl-Qaidə”nin Suriya qanadı - red.) Böyük Britaniya və Avropada terror aktları həyata keçirməyi planlaşdırır.

“Times” nəşrinin məlumatına görə, qruplaşma İŞİD-in vəziyyətinin pisləşməsi fonunda hərəkətə keçmək niyyətindədir. Birləşmiş Krallığın müdafiə naziri Maykl Fellonanın sözlərinə görə, "Cəbhət Fəth əş-Şam”ın liderləri hazırda hücumların planını aktiv şəkildə hazırlayırlar.

BMT-nin yeni baş katibi məlum oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər.

Beləliklə, bu gün baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir. BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq.

Qeyd edək ki, A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 1999-2005-ci illərdə “Sosialist İnternasional”ın sədri olub, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında işləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR