Azərbaycanda növbəti Milli İnsan Resursları Forumu keçiriləcək

Azərbaycanda növbəti Milli İnsan Resursları Forumu keçiriləcək
20:17 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda bu il oktyabrın 22-də Milli İnsan Resursları Forumu 2016 (MİRF) keçiriləcək. 
“Report”un əldə etdiyi məlumata görə, tədbirin “Park Inn” oteldə keçirilməsi planlaşdırılır.
Tədbirin kreativ tərəfdaşı “Yello Advertising, sayt və texniki məsələrlə bağlı tərəfdaşımız isə “Digitello”dur.
Təşkilatçıların verdiyi məlumata görə, artıq MİRF-ın iştirakı dəqiqləşən bəzi spikerlərinin adları da məlumdur.
Siyahı belədir:
– Nahid Nəsirov – Azersun Holdinq, İR avtomatlaşdırılması şöbəsinin rəisi.
– Elçin Zeynalov – HR konsultant, (SOCAR, PSG Management Systems)
– Fidan Əzimli – Alpha Consulting icraçı direktor (Embawood ex HR menecer)
– Şölə Əkbərova – Modern Group İR idarəedilməsi departamentinin rəisi.
– Afət Bağırova – Dəmirbank, İşə qəbul şöbəsinin rəisi.
– Seymur Rəsulov – EBSCO, Regional Menecer (26 ölkə üzrə)
– Şeyda Həsənova – Altes Group, İnsan resursları direktoru
– Ruslan Ağayev – PSG Management Systems, Biznes konsultant
– Taleh Yüzbəyov – Nar mobile əməkdaşı / Aktyor
– Rəşad Məhərrəmov – Nar Mobile, İR təcrübələrinin tətbiqi şöbəsinin meneceri
Tədbirdə iştirak biletlədir. Biletləri www.azmirf.com internet saytından qeydiyyatdan keçərək və ya aşağıdakı nömrələrlə əlaqə saxlayaraq Cəfər Cabbarlı 44 ünvanında yerləşən “Caspian Plaza”nın 7-ci mərtəbədəki “Grow Center”in ofisindən əldə etmək mümkündür. Əlavə məlumat üçün 012 480 09 44 və ya 050 254 56 94 nömrələri ilə əlaqə saxlamaq olar.
Xatırladaq ki, ötən il reallaşan “MİRF 2015”də ümumilikdə 142 fərqli şirkətdən 250-dən çox insan iştirak edib.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/azerbaycanda-novbeti-milli-i-nsan-resurslari-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR