İllər əvvəl öldürülən aparıcı haqda film çəkildi

İllər əvvəl öldürülən aparıcı haqda film çəkildi
20:47 6 Oktyabr 2016
177 Maraqlı
Ölkə mətbuatı
A- A+

İllər əvvəl öldürülən aparıcı və aktrisa Defne Coy Fosterin həyatı filmə çevrilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor Aslı Özge Defnenin ölümündən sonra çıxan xəbərlər əsasında ssenari yazıb. "Ansızın" adlı film oktyabrın 14-də təqdim olunacaq.

Filmin baş rollarında məşhur aktyor Sebatian Halk, Culia Yentş Hans Zişler çəkiliblər.

Qeyd edək ki, Dəfnə Coy Foster 2011-ci ildə jurnalist Əhməd Altanın oğlu Kərəm Altanın evində dünyasını dəyişib. Tibbi ekspertiza aparıcının "Astma, spirtli içki və dərmanlar səbəbiylə öldüyü" qənaətinə gəlmişdi.

Lakin daha sonra K.Altan haqda "D.C.Fosterin ölümünə səbəb olma" ittihamı ilə cinayət işi açılmışdı. Aparıcının anası Xədicə Foster jurnalistin oğlunu vaxtında təcili tibbi yardım çağırmamaqda günahlandırırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR