Gürcüstanda ilk külək elektrik stansiyası açılıb

Gürcüstanda ilk külək elektrik stansiyası açılıb
20:52 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Gürcüstanda ilk külək elektrik stansiyası açılıb. 
"Report"un "Sputnik" saytına istinadən verdiyi xəbərə görə, 20,7 MVt gücə malik "Kartli" külək elektrik stansiyası Qori şəhərinə (Şida Kartli regionu) quraşdırılıb.
 Gürcüstanın Baş naziri Qeorqiy Kvirikaşvili açılış mərasimində bildirib ki, bu gün alternativ enerjidən istifadə etməklə fəaliyyət göstərəcək, müasir standartlara cavab verən külək elektrik stansiyamız var: "Səciyyəvi xüsusiyyətləri və özəlliklərinə görə bu elektrik stansiyası dünyada ən yaxşılarından biridir. Onun dəyəri 34 mln. dollardır."
Ümumiyyətlə, layihənin maliyyələşməsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da iştirak edib. Külək elektrik stansiyasının gücü gələcəkdə 300 MVt-dək yüksələ bilər. Layihəni Gürcüstan Energetika İnkişaf Fondu ölkənin Energetika Nazirliyi ilə əməşdalıq çərçivəsində reallaşdırıb. Sərmayənin ümumi dəyərinin 24 mln. dolları AYİB, 10 mln. dolları isə Gürcüstan Energetikanın İnkişafı Fondu və Neft və Qaz Korporasiyası tərəfindən ayrılıb. Gürcüstan Energetika Nazirliyi külək resurslarının mənimsəniləməsinə 2013-cü ildə başlayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gurcustanda-ilk-kulek-elektrik-stansiyasi-acilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR