Allahın əhdnaməsi

Allahın əhdnaməsi
21:22 6 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərim Allahın əhdnaməsidir ki, Allah Təala orada insanlar üçün qanunlar və sünnələr təyin etmişdir. Onlara buyurmuşdur ki, bu əhdlərinə vəfasız olmasınlar və onları yerinə yetirsinlər.

İmam Sadiq (ə) buyurur: "Qurani-Kərim Allah tərəfindən bəndələrinə olan əhdnamədir. Ona görə də yaxşı olar ki, müsəlman bu əhdnaməyə baxsın və gündə ondan 50 ayə oxusun".
Allah Təala bu müqəddəs kitabda bəndələri ilə hər bir sünnəyə aid bir əhd bağlamışdır ki, bəndənin vəzifəsi ona əməl etməkdir. Misal üçün valideynə yaxşılıq etmək, yetimlərin başını sığallamaq, yoxsullara əl tutmaq və s. kimi. Əgər insan bu əhdini pozsa, günah etmiş olar, Allah da onu cəzalandırar. Əskinə, əgər bu əməlləri yerinə yetirsə və əhdinə vəfalı olsa - Allahın razılığına səbəb olar və onu İlahi mükafat gözləyər.
Ona görə də hər bir müsəlmanın vəzifəsidir ki, Quranı oxusun və Allahın onun öhdəsinə qoyduğu məsuliyyətlərini bilsin və tanısın. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim əhdnaməni oxuyar, gərək onun qanunlarına əməldə riayət etsin. İlahi əhkamla tanış olsun, hekayələrindən ibrət götürsün, ayələri barəsində təfəkkür etsin.
İmam Sadiq (ə) nə zaman Quranı tilavət etmək istəyərdi, Quranı sağ əlinə götürər və dua oxuyardı. Bu duada Quranın əhdnamə olmasına və bir müsəlmanın Quranla bağlı vəzifələrinə işarə olunardı. Həzrət (ə) belə dua edərdi: "Allahım! Mən Sənin əhdini və kitabını açmışam. Allahım, bu kitaba baxışımı ibadət qərar ver, qiraətimi təfəkkür və təfəkkürümü ibrət götürmək qərar ver!
Allahım! Məni o kəslərdən qərar ver ki, Sənin bu kitabındakı moizələrdən ibrət götürür və itaətsizliyindən çəkinir. O zaman ki, Sənin kitabını oxuyuram, qəlbimə və qulağıma möhür vur və gözlərimin önünə pərdə sal. Qiraətimi təfəkkürdən boş etmə. Məni elə qərar ver ki, ayə və əhkamlarına dərindən nəzər salım, dini göstərişlərinə baxım və əməl edəm. Mənim bu kitaba baxışımı qafilcəsinə, qiraətimi yersiz və səmərəsiz etmə!".
Bəli, Quran hər birimiz üçün Allahın əhdnaməsidir ki, onu oxuyub əməl etmək - vəzifəmizdir. Çünki hər bir müsəlman öz dini vəzifəsini tanımaq üçün gərək ona müraciət etsin və Allahla bağladığı əhdinə vəfalı olsun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR