Üzdə damarları görünənlərə: Bu, ciddi xəstəlikdir

Üzdə damarları görünənlərə: Bu, ciddi xəstəlikdir
21:27 6 Oktyabr 2016
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Üzündə damarları görünən, pörtmüş, qırmızı dərili insanlarla tez-tez qarşılaşırıq. Əslində bu, onların təbii üz dərisinin quruluşu deyil. Bu, rozasea kuperoz xəstəliyinin əlamətləridir. Rozasea kuperoz dəri və damar xəstəliyi qrupuna aiddir. Bu, həm damar problemi, həm də dəri xəstəliyi hesab olunur.

Milli.Az lent.az-a istinadən həkim-kosmetoloq Günay Mikayılovanın üzdə damarların görünməsi, qırmızı, pörtmüş dəri - rozasea kuperoz xəstəliyi haqqında fikirləri ilə sizi tanış edir.

Rozasea kuperozun yaranma səbəbi damarların divarlarında damar keçiriciliyinin pozulmasıdır. Genetik xarakter daşıyır, irsi xəstəlikdir. Əsasən qadınlarda olur. Lakin kişilərdə də rast gəlmək mümkündür.
 
G. Mikayılova bildirir ki, bu xəstəliyin gedişatını bir neçə faktor sürətləndirir və üzə çıxarır.
 
Xəstəliyin yaranma səbəbləri:
 
Düzgün qidalanmamaq
İstiotlu, qıcıqlandırıcı qidalar qəbul etmək
Fast-food yeməklər yemək (tərkibində ədvalar çox olur)
Spirtli içkilər
Siqaret/nikotin
 
Xəstəliyin bir neçə mərhələsi var: 1, 2, 3, 4-cü dərəcə. Birinci dərəcə xəstəliyin sadə mərhələsidir: "Bu mərhələdə dəridə sanki utancaqlıq qızarması yaranır. Məsələn, daha çox istidən soyuğa, soyuqdan istiyə çıxanda özünü büruzə verir. İsti yemək, su, çay, spirtli içki qəbul etdikdə insan pörtür. Buna el arasında "utancaqlıq əlaməti" deyilir. Əslində isə kuperoz rozaseanın birinci mərhələsidir. Müalicəsi vaxtında başlanılsa, xəstəliyin gedişatını elə ilk mərhələdə saxlamaq olar".
 
Rozasea kuperozun ilk mərhələsinin müalicəsi damar divarlarını bərkidən vitaminlərin yeridilməsi ilə həyata keçirilir. Bununla yanaşı, düzgün qidalanmaya əməl etmək mütləqdir.
 
Kosmetoloq bu mərhələdə müalicəyə başlamadıqda və qidalanmaya fikir verilmədikdə prosesin ikinci dərəcəyə keçdiyini deyir: "İkinci mərhələdə üzdə sadəcə qızartı yaranmır, eyni zamanda, artıq üzdə olan damar toru görünür. Həmçinin buraya papulokistoz elementləri, yəni səpkilər də qoşulur. Üzdə qızartı sadəcə istidən soyuğa girib çıxanda, qidalanmanın düzgün yerinə yetirilmədiyi halında deyil, hər zaman olur".
 
Rozasea kuperozun üçüncü dərəcəsində isə papulokustiloz elementlərin - səpkilərin sayı bir daha artır və artıq böyük damar, damar toru görünür. Üz sanki hörümçək toruna oxşayır. Bununla yanaşı üzdə qaşınma yaranır.
 
Rozasea kuperozun ən son və qorxulu mərhələsi isə dördüncü dərəcədir. Bu zaman artıq insanın üz quruluşunda dəyişikliklər baş verir: "Bu mərhələdə burun, çənə, qulaqlar böyüyür, yəni artıq dəridə gipertrofiya baş verir. Damarların genişlənməsi fonunda damar durğunluğu əmələ gəldiyinə və dəri kobudlaşdığına görə bədən hissələri böyüməyə başlayır. Populopustulalar də öz növbəsində qalmaqda davam edir. Bu mərhələdə artıq həm estetik görünüş çox korlanmış olur, həm də pasientləri sağlamlıq baxımından daha çox narahat edir".
 
Rozasea kuperozun müalicəsi
 
Mütəxəssis müalicəyə tez başlandıqda yaxşı nəticələr əldə ediləcəyini deyir. Bu xəstəliyin müalicəsində sadəcə dərmanlar deyil, pəhriz əsas rol oynayır: "Düzgün pəhriz saxlanıldıqda xəstəliyin gedişatının irəliləməsinin qarşısını almaq olar. Bundan əlavə, müasir tibbi-estetik prosedurlar arasında mezoterapiya üsulundan da faydalanmaq mümkündür. Damar keçiriciliyini yaxşılaşdıran, üzdə olan damarların görüntüsünü itirən xüsusi mezoterapevtik kokteyllərdən yararlanan müalicə kursu təyin edilir".
 
Rozasea kuperozun müalicəsində lazer tətbiqindən də bəhrələnmək lazımdır. Burada NdYAG lazerinin köməyi ilə müalicə kursu keçirilir: "NdYAG lazerinin köməyi ilə dəridə olan genişlənmiş damar torunu yığmaq olar. Bu da əsasən rozasea kuperozun 1-ci və 2-ci mərhələsində effekt verir. 3 və 4-cü dərəcədə lazer effekt verir, lakin bununla yanaşı dəri cilalanması də tətbiq edilir. Amma bunu da ehtiyatla etmək lazımdır. Çünki ortada damar genişlənməsi olduğu üçün qanaxmaya meyl ola bilər. Dəri cilalanması daha ağır müalicədir. Ona görə ki, qulaq, burun, çənə böyüməsi faktoru da var. Ancaq yenə də lazerlə bunların öhdəsindən gəlmək olar".
 
Rozaseanın ağırlaşması - gənə
 
Son zamanlar üzdə gənə olması geniş yayılan estetik problemlərdən biridir. Bir çox estetik problemləri məhz üzdə olan gənə ilə əlaqələndirirlər. G. Mikayılova əslində insanların 99 faizində gənə olduğunu bildirir. Lakin onun inkişaf etməsi üçün xüsusi şərait olmalıdır: "Gənənin sayının artması artıq üzdə problem yaradır. Bunun da iki səbəbi ola bilər. Gənənin sayının artmasını akne xəstəliyində və rozasea kuperoz xəstəliyində görürük. Yəni damar keçiriciliyi genişlənir, üzdə durğunluq baş verir və piy vəzilərinin fəaliyyəti pozulur. Bu pozulma fonunda gənələrin inkişafı üçün münbit şərait yaranır. Ona görə də çox zaman rozasea kuperozun müalicəsi ilə yanaşı olaraq gənə ilə də mübarizə aparılır".
 
Mütəxəssis rozasea kuperozun müalicəsinin kompleks həyata keçirilməsini vacib hesab edir. Bu müalicə kompleksinə askarbin turşusu və rutin tərkibli kosmetik vasitələr, ev qulluğu, lazer və mezoterapiya üsulu, içmə dərmanlar və pəhriz daxildir: "Kosmetik vasitələr deyərkən xüsusi kuperozlu dəri üçün yazılan kosmetik vasitələr nəzərdə tutulur. Onu da qeyd edim ki, sadəcə kremlə nəticə əldə etmək mümkün deyil. Xəstəliyin müalicəsində əsas platforma pəhrizdir. Xəstə düzgün pəhriz saxlasa, spirtli içki və siqaretdən uzaq dayansa, nikotin qəbul etməsə, rozasea kuperoz problemlərindən daha rahat və qısa müddətə azad olmaq mümkündür".
 
Kosmetoloq rozasea kuperozun əsas faktorlarından birinin də nazik dəri olduğunu qeyd edir: "Lakin bu o demək deyil ki, dərisi nazik olan bütün insanların rozasea kuperoz problemi var. Yəni dərin nazikdir deyə damar görünmür, dərinin nazikliyi də xəstəliyin simptomlarından biridir".
 
Rozasea kuperoz və varikoz eyni xəstəlikdirmi?
 
Bildiyimiz kimi, ayaqlarda da damarların görünməsi halı olur. Bu, varikoz xəstəliyi adlanır. G.Mikayılova deyir ki, varikoz xəstəsi olan insanların çoxu eyni zamanda rozasea kuperoz problemi də yaşayır. Bunlar iki ayrı xəstəlik olsa da, səbəbləri eynidir: damar keçiriciliyinin pozulması: "Yəni damar keçiriciliyinin pozulması baş verdikdə üzdə kapilyar toru əmələ gəlir, buna rozasea kuperoz deyirik. Ayaqlarda olduqda isə buna varikoz genişlənmə, varikoz xəstəliyi deyirik. Varikoz var deyə mütləq kuperoz da olacaq deyə bir şey yoxdur. Sadəcə hər ikisində problem damarlar və damar keçiriciliyinin pozulmasıdır. Amma faktorlar bir balaca fərqlidir. Onu da qeyd edim ki, varikozda xırda kapilyarları lazerin köməkliyi ilə yandırırıq. Bu isə pasientləri qane edir. Çünki ayaqlarda xırda damarlar estetik baxımdan yaxşı görünmür".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40

Bank işçilərinə əsəbləşdi -

20 Sentyabr 2017 22:36

Gəncədə maşın piyadanı vurdu

20 Sentyabr 2017 22:34

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09

105 yaşlı gəminin qalıqları yoxa çıxır

20 Sentyabr 2017 21:58

Mətanət İsgəndərlinin qızının toyundan - GÖRÜNTÜLƏR

20 Sentyabr 2017 21:49

Elektrik enerjisinə görə ödənişlərlə bağlı -

20 Sentyabr 2017 21:49

Gəncədə avtomobil piyadanı vurub

20 Sentyabr 2017 21:47

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir - Cinsi xəstəliyə yol açır

20 Sentyabr 2017 21:43

Tibb kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib - VİDEO

20 Sentyabr 2017 21:33

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

20 Sentyabr 2017 21:28

Elmar Məmmədyarov: "Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunması istiqamətində davamlı səylər göstərir"

20 Sentyabr 2017 21:27

Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

20 Sentyabr 2017 21:18

Rövnəq Abdullayev: "UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qərar hər birimiz üçün çox sevindiricidir"

20 Sentyabr 2017 21:17

Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq"

20 Sentyabr 2017 21:17

İlham Əliyev -

20 Sentyabr 2017 21:15

30 yaşlı qadın özünü asdı - Daşkəsəndə

20 Sentyabr 2017 21:14

İlham Əliyev -

20 Sentyabr 2017 21:04

2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

20 Sentyabr 2017 21:02

Yasamal rayonunda mənzil qarət olunub - VİDEO

20 Sentyabr 2017 20:58

İlham Əliyev -

20 Sentyabr 2017 20:58

Prezident: "Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir"

20 Sentyabr 2017 20:57

Bakıda "Caspian Energy Transport Forum" keçirilib

20 Sentyabr 2017 20:52