Nobel mükafatı alan professordan gözlənilən hərəkət

Nobel mükafatı alan professordan gözlənilən hərəkət
21:37 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

O hər çərşənbə axşamı gördüyü işi yerinə yetirdi. Yəni səhər yeməyini yeyib öz tələbələrinə elektromaqnit sahələr üzrə dərs demək üçün universitetə yollandı. 4 Oktyabr 2016-cı il tarixində səhər radələrində Prinston Universitetinin professoru Dunkan Holdeyn-ə zəng gəldi.

Milli.Az technote.az-a istinadən bildirir ki, zəng İsveçdən gəlirdi. Telefon vasitəsilə professora bildirildi ki, Holdeyn, Vaşinqton Universiteti professoru Devid Taules və Braun Universiteti professoru Maykl Kosterlits ilə birlikdə Nobel müfatına layiq görülüb. Adətən belə bir xəbər işə getməmək üçün əla bəhanə sayıla bilər. Lakin Holdeyn həmin səhəri həmişəki kimi keçirtdi. Yəni o, universitetə öz tələbələrinə elektromaqnetizm haqqında mühazirə deməyə getdi.

"Təbii ki, mən bu cür davrandım. Öz işini görməyə davam etmək məğrurluq və borc məsələsidir" - deyə professor bildirib. Səhər saatlarında professor tələbələrin olduğu auditoriyaya daxil olan zaman o, tələbələr tərəfindən alqış və təbriklər ilə qarşılanıb. "Onların hər biri valehedici və yeni bir şey kəşf edərək Nobel mükafatı ala bilər" - deyə professor sonradan əlavə edib. Taules, Holdeyn və Kosterlits-in araşdırmaları maddənin kondensləşmiş vəziyyətinin nəzəri fizikasına əsaslanır və Berezinski-Kosterlits-Taules adlı faza keçidi ilə bağlıdır. Bu keçid aşağı temperaturda əlaqəli axın-antiaxın buxarları vəziyyətindən müəyyən kritik temperaturda buxarlanmayan axın-antiaxın vəziyyətinə keçididir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR