Azərbaycanın yeni “ağıllı” bombaları - FOTO

Azərbaycanın yeni “ağıllı” bombaları  - FOTO
21:52 6 Oktyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən "ADEX 2016" sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi aviasiya bombaları nümayiş etdirilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, MSN müəssisələri tərəfindən istehsal olunan bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.

Bunlar təyyarə və helikopterdən atılan bombalardır. Qəlpəli-fuqas aviasiya bombalarının ən kiçiyinin çəkisi 25, ən böyüyü isə 500 kq-dır.

Həmçinin bunlar sərbəst düşən və idarəolunan aviasiya bombalarıdır. Sürsatlar arasında 100 və 250 kiloqramlıq bombalarla yanaşı, betondələn aviasiya bombaları da var. Aviasiya bombalarının atılan hündürlükdən asılı olaraq dağıdıcı məsafəsi dəyişir.

Ən diqqət çəkən "QFAB-100SAB" qəlpəli-fuqaslı süzən aviasiya bombasıdır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/471271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR