Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
22:05 6 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq yay mövsümü geridə qalıb. Amma havaların mülayim keçməsi həftə sonu səyahət edərək istirahət etmək istəyənlər üçün əla fürsət yaradır. Yalnız hava şəraiti deyil elə şimal bölgəsində də keçiriləcək festival da həftə sonu gəzintinizə maraq qata bilər.

Milli.Az fins.az-a istinadən həftə sonu təşkil olunacaq səyahət turlarını təqdim edir.

"Alma festivalı" - 23 manat

8 oktyabrda Qubada "Alma festival"ı keçiriləcək. Bununla əlaqədar olaraq turizm şirkətlərinin əksəriyyəti festivala turlar təşkil edir. Turun adambaşına qiyməti 23 manat təşkil edir. Qiymətə avtobus, səhər yeməyi, çay süfrəsi, Alma Festivalı, Qəçrəş Meşəsi, Çənlibel gölünə ekskursiyalar, fotoçəkiliş, tur rəhbəri və əyləncəli oyunlar daxildir. 5 yaşa qədər olan uşaqlar pulsuz, 5 yaşdan yuxarı uşaqlar üçün isə tam ödənişdir. Səyahətə naharı da əlavə etmək istəyənlər əlavə 10 manat ödəməlidir.

Xınalıq-Qırız-Dayaxuna turu - 85 manat

iki günlük tura üstünlük verənlər isə Qubaya təşkil olunan digər bir turda iştirak edə bilər. Amma bu tur zamanı siz Alma festivalında iştirak edə bilməyəcəksiz. Tur paketə Xınalıq, Qırız və Dayaxuna kəndində gəzinti, həmçinin Qıyız kəndində şəlaləyə də tamaşa etmək daxildir. Turun qiyməti adambaşına 85 manatdır. Tur iştirakçıları turun ilk günü səhər, günorta və axşam yeməyi ilə təmin olunurlar. İkinci gün isə yalnız səhər yeməyi veriləcək. Nahar yeməyini əlavə vermək olar. İştirakçılar gecəni kənd evində qalacaqlar. Kənd evində oğlanlar bir otaqda qızlar isə ayrı otaqda qalacaqlar. Turda iştirak etmək istəyənlər üçün isə yeganə məhdudiyyət iştirakçının 16 yaşdan yuxarı olmasıdır.

Şəki-Qəbələ turu - 24 manat

Həftə sonu səyahət etmək mümkün olan yer Şəki-Qəbələ bölgəsidir. Turun adambaşı qiyməti 24 manatdır. Bu məbləğə nəqliyyat səhər yeməyi bələdçi və fotossesiya daxildir. Turda Şəkidə Karvansaray Qəbələdə isə Nöhurgöl kimi mənzərəli təbiət yerlərini gəzmək mümkündür. Qeyd edək ki,artıq travel şirkətləri qış mövsümünə hazırlaşdıqlarından yay mövsümündən bu günə kimi keçirilməkdə olan bölgə turlarının əksəriyyəti təxirə salınıb.

Oğuz- Xalxal-Qəbələ turu - 25 manat

Oğuz- Xalxal-Qəbələ turu 9 oktyabrda baş tutacaq. Bakıdan başlayan tur yalnız bir gündür, 25 manat ödəməklər sayahətə qoşulmaq olar. Bu məbləğə komfortlu nəqliyyat, səhər yeməyi, çay süfrəsi, fotoçəkiliş daxildir.

"Qobulənd"

Həftə sonunu hər cəhətdən səmərəli keçirmək istəyənlər isə Bakı ətrafındakı ən yaxşı piknik zonasına üz tuta bilərlər. Bakı-Şamaxı yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən piknik zonası "Qobulənd" istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. Bura ailəvi və qrup formasında istirahəti sevənlər üçün ən yaxşı variantdır.
Piknikin ərazisində 2 restoran və göl var. Amma istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada "özü bişirib özü yeyənlər" üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.
Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir. 3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir.
Piknik zonasında lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilər göldən balığı özləri də tuta bilər
Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən 10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları sürmək isə 10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.
"Qobulənd" istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan avtobuslarla gələ bilərlər.

Xalça muzeyi

Əgər həftə boyu gərgin iş prosesiniz olubsa və həftə sonu uzaq məsafəyə getmək istəmirsizsə onda paytaxda yerləşən muzeylərə baş çəkə bilərsiz. Xalça muzeyi şənbə və bazar günü axşam saat 21:00 kimi işləyir. Muzeyə giriş pulludur - böyüklər 7 manat, tələbələr 3 manat, 6 yaşa qədər uşaqlar pulsuzdur.

Tarix muzeyi

Tarix muzeyi həftə sonu yalnız şənbə günü işləyir. Giriş qiyməti böyüklər üçün 5 manat, şagird və tələbələr 2 manat, 6 yaşa qədər uşaqlar pulsuz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/472932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR