Kadırov göz yaşlarını saxlaya bilmədi... - VİDEO

Kadırov göz yaşlarını saxlaya bilmədi... - VİDEO
22:05 6 Oktyabr 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasnın müxtəlif subyektləri, muxtar vilayətlərin rəhbərləri, eləcə də digər dövlət başçılarının qatıldığı andiçmə mərasimində Azərbaycanı təmsil edən Şeyxül-İslam Hacı Allahşükür Paşazadə, həm də Qafqaz Ruhani İdarəsinin rəhbəri kimi mərasimə qatılmışdı.

İnauqurasiya mərasimininin keçirildiyi Qroznı şəhərindəki dövlət konsert zalında hər kəs öz yerini aldı Himnlər səsləndikdən sonra mərasim açıq elan edildi.

Milli.Az atv.az-a istinadən bildirir ki, bir neçə dəqiqədən sonra Çeçenistan Respublikasının növbəti dəfə rəhbəri seçilmiş Ramzan Əhmədoviç Kadırov Rusiya Federasiyası, eləcə də Çeçenistan konstitutsiyasına əl basaraq, sədaqət andı içdi:

"Xalqıma sədaqətlə xidmət edəcəyimə, Rusiya Federasiyasının, eləcə də Çeçenistanın konstitutsiyasının tələblərinə əməl edəcəyimə, Çeçenistanın səlahiyyətli rəhbəri kimi bütün vətəndaşlara hörmət edib, qoruyacağıma and içirəm!"

Çeçen lider öz nitqində ölkəsinin keçdiyi çətin yol, aparılan islahatlar və görüləcək işlərdən bəhs etdi. Yolunu davam etdirdiyi atası Hacı Əhməd Kadırovdan danışarkən isə, göz yaşlarına hakim ola bilmədi.

O, qələbə sevincini ilk olaraq anası Aymani Kadırovayla birlikdə rəqs edərək, bölüşmüşdü. Bu dəfə də ona xeyir-dua verən elə anası və qardaşı oldu. Sərt xarakterə malik bir lider kimi tanınan Kadırov, bu məqamda da göz yaşlarına hakim ola bilmədi.

İnaqurasiya mərasimdə Rusiya Federasiyanın rəhbər şəxsləri, eləcə də İnquşetiya, Dağıstan, Şimali Asetiya, Qaraçay-Çərkəz, Kabardin-balkar və digər respublikaların rəhbərləri geniş nitq söyləyərək, Ramzan Kadırovu həm ölkə başçısı seçilməsi, həm də 40 illik yubileyi munasibətilə təbrik etdilər. Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə də Çeçenistan liderini təbrik edərək, ona xeyir-dua verdi:

"Mən Azərbaycan xalqının və onun rəhbəri Zati-aliləri Prezident İlham Əliyevin təbriklərini və xoş arzularını çeçen xalqına və onun böyük səs çoxluğu ilə seçilmiş liderinə çatdırıram. Ramzan Kadırovun Çeçenistan başçısı kimi fəaliyyət göstərdiyi illərdə Respublika həm sosial-iqtisadi, həm də mənəvi sahələrdə dirçəliş yaşayıb və Şimali Qafqazın dini-mənəvi mərkəzi kimi formalaşıb. Mən sizi özümə qardaşı hesab etdiyim sabiq prezident Əhməd Kadırovun siyasi və mənəvi yolunun layiqli davamçısı kimi görməkdən məmnunam və uğurlarınıza hər zaman sevinirəm".

Qeyd edək ki, sentyabrın 18-də Çeçenistanda ötən 13 ildə ilk dəfə olaraq bölgənin başçısının birbaşa seçkiləri keçirilib. Bu seçkilər Respublikanı 10 ildir ki, idarə edən Kadırovun siyasi karyerasında ilkdir. Seçicilərin iştirakı 95 faiz olmaqla, 98 faiz səs toplayan Ramzan Kadırov növbəti 5 ildə də ölkəsinə rəhbərlik edəcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/472940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR