Bakı dilənçilərdən təmizləndi

Bakı dilənçilərdən təmizləndi
13:51 5 Yanvar 2015
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günləri Bakıda dilənçiliklə məşğul olan 98 nəfər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat yanvarın 2-4 tarixlərində keçirilib.

Keçirilən tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 20 kişi, 32 qadın, 46 azyaşlı saxlanılıb.

Onlarla fərdi söhbətlər aparılıb. Bəzilərinin barələrində inzibati qaydada protokol tərtib olunub.

Saxlanılan şəxslər qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR