Milli oyunçu həbsxanada işkəncə ilə öldürüldü

Milli oyunçu həbsxanada işkəncə ilə öldürüldü
22:49 6 Oktyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

Suriya futbolunun yetişdirdiyi ən önəmli oyunçulardan biri, uzun müddət milli komandanın kapitanı olan Cihad Qassab öldürülüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onun həbsxanada işkəncə ilə öldürüldüyü iddia olunur.

 

2012-ci ildə “Əl-Karama” klubunda çıxış edərkən bomba ilə dolu maşında saxlanılan və həbs olunan müdafiəçidən o vaxtdan xəbər alınmırdı.

 

Hadisənin xəbərləri yayıldıqdan sonra Qassabın keçmiş komanda yoldaşlarından Əbu Vissam qısa açıqlama verib: “O, Suriyanın super ulduzu idi. Gəlmiş-keçmiş ən yaxşı müdafiəçi olub. Mənə qardaşımdan daha yaxın idi”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR