"Şah" keçmiş dünya çempionuna qalib gəldı

"Şah" keçmiş dünya çempionuna qalib gəldı
23:52 6 Oktyabr 2016
18 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskva şəhərində Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirinə yekun vurulub.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda ağ fiqurlarla rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniklə qarşılaşıb.
Görüş 42-ci gedişdə Kramnikin təslim olması ilə nəticələnib. Beləliklə, xallarını 4,5-ə çatdıran Məmmədyarov turniri 5-ci pillədə başa vurub. O, Kramnik, Petr Svidler (Rusiya) və çinli Li Çao ilə eyni miqdarda xal toplayıb. Yarışın qalibi adını 6 xalla rusiyalı Yan Nepomnyaşi qazanıb. Hollandiyalı Aniş Giri 5,5 xalla 2-ci yeri tutub. Hərəyə 5 xala malik Vişvanatan Anandla (Hindistan) Levon Aronyan (Ermənistan) 3-4-cü yerləri bölüşüblər.
Son 2 yeri isə 3,5 xalla rusiyalı Yevgeni Tomaşevski və 2 xalla israilli Boris Gelfand tutub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR