Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub

Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub
00:02 7 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Əfqanıstanda İŞİD-ə qarşı döyüşlərdə ilk ABŞ əsgəri həlak olub.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, xəbəri Pentaqon təmsilçisi Piter Kuk da təsdiqləyib. ABŞ Silahlı Qüvvələrinin çavuşu Birləşmiş Ştatların Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarda həlak olmuş ilk amerikalıdır.
"Quru qoşunlarının çavuşu Adam Tomas Əfqanıstanın Nanqarxar vilayətində öldürülüb. Çavuş Tomas Əfqanıstanda İŞİD-ə qarşı hərbi əməliyyatlarda öldürülmüş ilk hərbçidir" – deyə Pentaqon təmsilçisi Piter Kuk keçirdiyi brifinqdə bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-i-si-d-e-qarsi-doyuslerde-ilk-abs-esgeri-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR