Ağ Ev: “Rusiyaya qarşı sanksiyalar hələ ki nəticə verməyib”

Ağ Ev: “Rusiyaya qarşı sanksiyalar hələ ki nəticə verməyib”
00:05 7 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar hələ ki istənilən nəticəni verməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest deyib.
 
"Sanksiyalar hələ ki nəticə verməyib. Biz Rusiyanın davranışında gözlədiyimiz dəyişikliyi görmürük. Lakin biz sanksiyaların Rusiya iqtisadiyyatına təsirini müşahidə edirik", - deyə o bildirib.  
 
Qeyd edək ki, ABŞ və Aİ Ukraynadakı vəziyyətlə əlaqədar 2014-cü ilin iyulundan başlayaraq Rusiyaya qarşı kompleks sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya, öz növbəsində, sanksiyalara qoşulan dövlətlərdən ölkəyə malların idxalına qadağa qoyub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR