Futbolçulardan örnək hərəkət

Futbolçulardan örnək hərəkət
00:31 7 Oktyabr 2016
64 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə çempionatının 2-ci liqasında mübarizə aparan “Sivas Bələdiyyəspor”un məşq etdiyi stadionun kənarında qəza baş verib.

Axşam.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, qəzanı görən futbolçuları dərhal hadisə yerinə qaçaraq yaralılara kömək etməyə çalışıblar.

Təcili yardım maşınları hadisə yerinə gələnə qədər futbolçular əllərindən gələn yardımı göstəriblər. Daha sonra yaralılar xəstəxanaya yerləşdiriliblər.

Futbolçuların bu hərəkəti sosial mediada böyük dəstək alıb. İstifadəçilər insan həyatının hər şeydən daha önəmli olduğunu və futbolçuların bu istiqamətdə diqqətcil davranmalarının başqalarına örnək təşkil etdiyini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR