Şəkidə "Jurnalist" və "polis"lər ifşa edildi VİDEO

Şəkidə "Jurnalist" və "polis"lər ifşa edildi VİDEO
00:43 7 Oktyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Özlərini ya polis, ya da jurnalist kimi təqdim edərək sahibkarları şantajla qorxudaraq dələduzluq ediblər.

Şəki şəhər Polis Şöbəsinin əməkdaşları Gəncə sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayevi şəhər ərazisində dələduzluq etdiyi üçün tutub. Onlar Aşağı Göynük kəndində dükan sahibi Sərxan Rəsulova özlərini polis kimi təqdim edib, ondan 192 manat pul alıblar.

Həmin şəxslər dükana ikinci dəfə gələndə isə Sərxan şübhələnib və polisə məlumat verib.

Məlum olub ki, Şəki şəhərində ticarətlə məşğul olan Fərman və Sərxan Rəsulov qardaşları da Hüseyn Hüseynov və Rəfael Qoçayevin tələsinə düşüb. Bu şəxslər 2 qardaşları jurnalist adı ilə şantaj etməklə onlardan 242 manat pul alıblar.

Faktla bağlı cinayət işi başlayıb, Hüseyn Hüseynov və Rəfail Qocayevin Şəki şəhər ərazisində digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR