Ekvadorda iki sərnişin avtobusu toqquşub: 47 yaralı

Ekvadorda iki sərnişin avtobusu toqquşub: 47 yaralı
05:17 7 Oktyabr 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Ekvadorda iki sərnişin avtobusunun toqquşması nəticəsində 47 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "El Comercio" qəzeti xəbər yayıb.
Yerli polis hadisənin səhər saatlarında, El-Oro vilayətində baş verdiyini deyib.
Məlumata görə, qəza zamanı 1 nəfər həlak olub. Ölən şəxsin avtobuslardan birinin sürücüsü olduğu bildirilir.
Avtobuslardan birinin salonunda sıxılıb qalmış 4 sərnişini xilas etmək üçün xüsusi avadanlıqlardan istifadə olunub.
Bütün yaralılara tibbi yardım göstərilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ekvadorda-iki-sernisin-avtobusu-toqqusub-47-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR