Rusiya Belarusdan göndərilən yükü geri qaytarıb

13:52 5 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 13:46 ]

Bakı – APA. Rusiya Polşa və Moldova almaları ilə dolu yük maşınları geri Belarusa qaytarıb.

 

APA-nın “Rosselxoznadzor”un saytına istinadən verdiyi məlumata görə, 190 ton alma daşıyan avtomobillər Bryansk və Smolensk vilayətlərindən geri qaytarılıb.

 

“Rosselxoznadzor” nümayəndələrinin bildirdiyinə görə, yük maşınlarının geri qaytarılmasına səbəb tranzit qaydalarının polulması ilə yanaşı Belarusda verilmiş sənədlərin düzgün tərtib olunmaması ilə bağlıdır.

 

Müvafiq sənədlərin olmaması səbəbindən həmçinin Serbiyadan Rusiyaya gətirilən 19,5 ton alma geri qaytarılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR