Pentaqon: ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb

Pentaqon: ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb
07:37 7 Oktyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "ABŞ-da 40-dan çox əfqan hərbçisi təlim zamanı qaçıb".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib.
"Son iki ildə və ya ona yaxın müddətdə onların sayı 40 nəfərdən çox idi", - deyə Kuk bildirib. Onun sözlərinə görə, Pentaqon həmin şəxslərin 32 nəfərinin harda olmasından məlumatsızdır.
"Biz bütün səylərimizi bu insanların hara getdiklərini müəyyən etməyə, habelə bunun səbəblərini aydınlaşdırmağa yönəltmişik. Onlar bəzi hallarda evə yola düşdülər. Bəzilərində Kanadaya yollanmağa səy göstərirdi. Bəziləri qanuni əsaslarda ABŞ-da qalmağa çalışırdılar", - deyə Pentaqon rəsmisi əlavə edib.
Pentaqonun nümayəndəsi hesab edir ki, indi təlimlərdən qaçanların sayı azalıb. Onun sözlərinə görə, əvvəllər qaçan əfqan hərbçilərinin ümumi miqdarı 2 min nəfərdən çox idi.
Kuk həmçinin vurğulayıb ki, Pentaqon qaçmış hərbçiləri təhlükəsizlik üçün təhlükə hesab etmir. "Bu insanlar xüsusi olaraq seçilib", - deyə Kuk əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-40-dan-cox-efqan-herbcisi-telim-zamani-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR