Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb

Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb
08:22 7 Oktyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, "Nikol" qasırğasıdır. Atlantik okeanda cümə axşamı yaranan təbii fəlakət "Metyu" qasırğasıyla paralel hərəkət edir.
ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzinin məlumatında bildirilir ki, hələlik "Nikol" saatda 128 kilometr küləyin sürətilə birinci kateqoriyanın gücünü yığıb. O, indi Bermud adalarından cənubdadır.
"Nikol" saatda 13 kilometr sürətlə şimal-qərbə hərəkət edir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/atlantik-okeaninda-daha-bir-tehlukeli-qasirga-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR