Türkiyədə baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb

Türkiyədə baş vermiş yol qəzasında 12 nəfər xəsarət alıb
08:42 7 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Koçaeli vilayətinin Çayırova rayonunda qeydə alınıb.
Belə ki, kiçik həcmli sərnişin avtobusunun 4 avtomobillə toqquşması nəticəsində 1-i ağır olmaqla 12 nəfər xəsarət alıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
Qəzanın baş verdiyini görən sakinlər dərhal polisə, təcili yardıma bu barədə məlumat veriblər. Hadisə yerinə gələn polis və xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinləri çıxarıblar.
Yaralılardan bir neçəsi xəstəxanaya yerləşdirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-bas-vermis-yol-qezasinda-12-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR