Sabunçuda 3 otaqlı ev yandı

Sabunçuda 3 otaqlı ev yandı
08:49 7 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

 

 

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR