DÇ-2018-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə qarşılaşan Albaniya millisi 2:0 hesablı qələbəyə sevinib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli bu oyunda çıxış etməyib.
Müdafiəçinin adı iştirak ərizəsinə salınsa da, meydanda ona ehtiyac olmayıb.
Qeyd edək ki, bu qələbə ilə xalını 6-ya yüksəldən balkanlılar İspaniya və İtaliyanı qabaqlayaraq, qrupda birinci pilləyə yüksəliblər.
Milli.Az