Gülümsəyin...

Gülümsəyin...
09:42 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün Ümumdünya Təbəssüm Günüdür

Milli.Az xarici mətbuata istinadla bildirir ki, bu bayramın mövcudluğu rəssam Xarvi Bellin adı ilə bağlıdır.

O, 20-ci əsrin ortalarında Amerikada yaşayıb. Yaradıcılığı xüsusi heç nə ilə fərqlənməyib. Lakin günlərin birində "State Mutual Life Assurance Company of America" sığorta şirkəti qurumun vizit vərəqəsi üçün parlaq və yadda qalan simvol düşünməsi üçün rəssama müraciət edib. Xarvi uzun-uzadı düşünmədən indi hər kəsin dünyada təbbəssüm işarəsi kimi istifadə etdiyi smaylı - gülümsəyən sarı simanı şirkətə təqdim edib. Bu, 1963-cü ildə baş verib...

Cəmi bir neçə ay sonra bu sima 10 minlərlə çap olunmağa başlayıb. Bir müddət sonra ona futbolkaların, beysbolkaların, açıqcaların, kibrit qutularının və sairin üzərində də rast gəlinməyə başlayıb.

Ümumdünya Təbəssüm Günü ilk dəfə 1999-cu ildə qeyd olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR