Nazirlik ağac kəsilməsinə rəy verdi

Nazirlik ağac kəsilməsinə rəy verdi
10:12 7 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

"İnşaatçılar" metro stansiyasının yaxınlığında 2 ədəd ağacın kəsilməsi ilə bağlı məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Milli.Az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, oktyabr ayında Yasamal rayonu Şərifzadə küçəsi bina 148 ünvanında yaşayan Alim Babayev tərəfindən sözügedən ünvanda qəzalı ağaclara müvafiq rəy verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət edilib. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı təhlükəli vəziyyətdə olan 2 ədəd qovaq ağacı aşkar olunub. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qovaq ağaclarının kəsilərək əvəzinə müvafiq torpaq mülkiyyətçisi tərəfindən yeni ağacların əkilməsi şərti ilə rəy verilib.

Bildiririk ki, mövcud qaydalara əsasən, qurumuş 2 ədəd qovaq ağacının kəsilməsi və kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında xidməti sahəsi olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

ETSN yaşıllıqların qorunması məqsədilə vaxtında məlumat verən bütün vətəndaşlara, KİV nümayəndələrinə minnətdarlığını bildirir və daxil olan belə məlumatların araşdırılması və diqqətdə saxlanılması üçün qanunamüvafiq operativ tədbirlərin görülməsini davam etdirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR