Kürəkən qayınatasını və həyat yoldaşını qanına qəltan etdi

Kürəkən qayınatasını və həyat yoldaşını qanına qəltan etdi
10:13 7 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kürəkən qayınatasını və həyat yoldaşını bıçaqlayıb.

Yasamal rayonu Bünyadzadə küçəsi ev 11 mənzil 23 də 55 yaşlı İlqar Niyaz oğlu İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb

Yaralılar xəstəxanaya çatdırılıb. Qarın nahiyyəsindən bıçaqlanan İ.İsmayılov əməliyyat olunub. N.İsmayılovanın vəziyyəti isə qənaətbəxşdir.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin (PB) əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb. Hüquq mühafizə orqanlarına ifadə verən N.İsmayılova bildirib ki, onu və atasını həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. (report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR