Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan vergilər naziri Fazil Məmmədov özünə iki yeni müşavir təyin edib. “Report”un əldə etdiyi məlumata görə, bununla da nazirin müşavirlərinin sayı 8-dən 10-a yüksəlib.
F.Məmmədovun yeni müşavirləri Firuz Akif oğlu Həsənov və Əflatun Məsim oğlu Məmmədovdur.