Britaniya funtu tədricən ucuzlaşır

Britaniya funtu tədricən ucuzlaşır
10:17 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Britaniya funt sterlinqinin ABŞ dollarına qarşı məzənnəsi tədricən azalır və ötən həftə qeydə alınan 31 illik minimal göstəricini yenidən təzələyib. 
"Report" xəbər verir ki, bu gün Asiya birjalarında USD/GBP cütlüyünün məzənnəsi 1,2481 səviyyəsindən kəskin şəkildə, təxminən 11 bənd və ya 8,8% azalaraq 1,1387 səviyyəsinə qədər azaldıqdan sonra hazırda bu gün səhər açılış qiyməti ilə müqayisədə 1,2% azalma ilə 1,2465 USD/GBP səviyyəsində yer alıb. Birja treyderləri funt sterlinqin məzənnəsində yaşanan kəskin azalmanı valyuta bazarındakı aşağı likvidliklə izah ediblər.
"Report"un analitik qrupu hesab edir ki, funt sterlinqdə şok azalmanın fundamental səbəbi investorların "Brexit" səbəbindən meydana gələ biləcək riskləri mənfi qiymətləndirməsi olub. Belə ki, Britaniya ölkə iqtisadiyyatını qorumaq üçün Avropa İttifaqının ortaq bazarına tam girişdən imtina etmək niyyətini açıqlayıb. Funt sterlinqin ilin sonuna qədər 1,14 USD/GBP səviyyəsini bir daha test edəcəyi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/britaniya-funtu-tedricen-ucuzlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR