Beren Saat dünən axşam həyat yoldaşı Kənan Doğulu və anası Ayla ilə birlikdə restoranda nənəsinin doğum gününü qeyd edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük restorana saat 22:00-da gəlib, saat 02:00-da çıxıb. Çıxışda sualları cavablandıran Beren Saat "Nənəmin ad günü münasibətilə bu axşam burada toplaşmışıq" , – deyə cavab verib.
Jurnalistlər aktrisaya yeni mövsümdə hər hansı layihədə iştirak edib-etməyəcəyinə dair suallar verib. Aktrisa bildirib ki, "Təkliflər çoxdur, amma hələlik seçim edirəm. Çünki karyerama mənfi təsir edəcək xarakteri oynamaq istəmirəm".
Aytən