Sərxoş sürücü “Niva”nı dərəyə aşırdı - Xınalıqda

Sərxoş sürücü “Niva”nı dərəyə aşırdı - Xınalıqda
10:19 7 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Qubada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55 km-də qeydə alınıb. Xınalıq kənd sakini, 48 yaşlı Bağırov Məmmədqasım Xəlil oğlunun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Hazırda kənd sakinləri Məmmədqasım Bağırovun meyitinin dərədən çıxarmağa çalışılarr. Hadisə ilə əlaqədar müvafiq dövlət orqanları məlumatlandırılıb.

 

İlkin məlumata görə sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR